Azərbaycanda əlilliyin aradan qaldırılması ilə bağlı yeni meyarlar tətbiq ediləcək

Azərbaycanda əlilliyin aradan qaldırılması ilə bağlı yeni meyarlar tətbiq ediləcək
# 10 aprel 2013 10:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycanda əlilliyin aradan qaldırılması ilə bağlı yeni fəaliyyət planı hazırlanıb. APA-nın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai Şurasının üzvü Əliməmməd Nuriyev jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, yeni fəaliyyət planında sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı çoxlu tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “Bundan əlavə, ümumilikdə əlilliyin aradan qaldırılması ilə bağlı yeni meyarların tətbiq edilməsi istiqamətində qərarların qəbul olunması gözlənilir. Bu gün Azərbaycanda əlilliyə tibbi model kimi baxılır. Amma onun sosial modelə keçidi çox vacib məsələdir. Yeni fəaliyyət planına əsasən sosial modelin tətbiqinə keçidlə bağlı qanunvericilikdə bu istiqamətdə geniş dəyişikliklər baş verəcək. Bu gün ölkədə əlillərə I, I və III qrup əlillik dərəcəsi verilir. I və II qrup əmək fəaliyyəti ilə məşğul olmaqdan təcrid olunub. Amma bu gün yeni yanaşmaların və kriteriyaların hazırlanması prosesi gedir. Bu, müxtəlif əlillik dərəcəsi olan əlillərin cəmiyyətə daha aktiv şəkildə inteqrasiyası və cəmiyyətin tam hüquqlu üzvü kimi fəaliyyət göstərməsinə gətirib çıxaracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR