Bu il İran Quru Qoşunları 8 hərbi manevr keçirəcək

Bu il İran Quru Qoşunları 8 hərbi manevr keçirəcək
# 15 aprel 2013 16:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran Quru Qoşunları bu il 8 hərbi manevr keçirəcək. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan bildirib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ölkənin quru, hava və dəniz sərhədlərini qorumağa qadirdir: “Ordumuz düşmənin bölgədə və ondan kənarda bütün hərəkətlərini müşahidə edir və ona görə davranır. Hazırda ölkə sərhədlərinə yönəlmiş hər hansı bir təhdid söz mövzusu deyil. İran Silahlı Qüvvələrinin və kəşfiyyat orqanlarının üstünlüyü düşmənə bölgədə hansısa bir addım atmağa imkan vermir”.

Ə.Purdəstan həmçinin deyib ki, 18 aprel - İran Silahlı Qüvvələr Günündə keçirilən paradda ölkənin ən son hərbi texnikaları nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR