«Bank Respublika» nağd kreditlər üzrə endirim kampaniyası keçirir

«Bank Respublika» nağd kreditlər üzrə endirim kampaniyası keçirir
# 01 may 2013 13:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC mayın 1-dən iyulun 31-dək bütün nağd kreditlərə 2%-lik endirim elan edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın rəsmi məlumatında deyilir.

Məlumata əsasən, bankın nağd kreditləşmə ilə bağlı verilən kreditin maksimal məbləği 5 000 manat, maksimal müddəti 24 ay təşkil edir. Bununla yanaşı, 1 000 manatadək kredit alanlardan zamin və girov tələb olunmur.

Qeyd edək ki, bankın nağd kreditləri üzrə real faiz dərəcələri (FİFD) illik 30%-dən başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR