Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 Oktyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 Oktyabr - <span style="color: red;">VİDEO
# 18 oktyabr 2014 17:10 (UTC +04:00)


Bakı-APA. Estetikada ülvilik deyə bir kateqoriya var. Konkret tərifi yoxdur. Yadımda qalan odur ki, tələbəlik illərində müəllim ülviliyin nə olduğunu izah edəndə deyirdi ki, insanın bir dağ görəndə, təkrarolunmaz təbiət mənzərəsi ilə rastlaşanda keçirdiyi hiss ülvi hisslərdir. Sevən insanın baxışlarını görərkən keçirdiyimiz hiss ülvilikdir. Və biz də daha nələri görəndə ülvilik hissi keçirdiyimizi düşünərək baş sındırırdıq. Başqa bir müəllim maddi olmayan, gözlə görünməyən, lakin insanın qəlbində sevinc və fərəh hissi doğuran hissin ülvi hiss olduğunu deyirdi. Hər iki müəllimin haqlı olduğunu indi daha yaxşı anlayıram. Böyük, üçrəngli, ay-ulduzlu bayrağın dalğalanmasını izlərkən keçirdiyimiz hisslər də ülvi hisslərdir, dünyanın xəritəsində Azərbaycan adlı bir dövlətin var olduğunu düşünərkən də. Dünyada heç də bütün dövlətlərin DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ YOXDUR, elə müstəqil dövlətin vətəndaşı kimi bunu düşünmək belə insanın qəlbində məhz müəllimin dediyi hissləri doğurur. Və bu gün ən böyük təbrik bu müstəqilliyi bizə bəxş edənlərə və AZƏRBAYCAN DÖVLƏTİNƏ düşür. Oğul atasını təbrik edən kimi biz də bu gün övlad olaraq ANA VƏTƏNİ təbrik etməliyik. Təbrik edirik, Azərbaycan, yenidən doğuş günün mübarək olsun!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR