Sabunçuda evdə 61 yaşlı qadına və iki nəvəsinə xəsarət yetirilib, saxlanılan var

Sabunçuda evdə 61 yaşlı qadına və iki nəvəsinə xəsarət yetirilib, saxlanılan var
# 20 may 2024 11:40 (UTC +04:00)

Mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 2006-cı il, 2005-ci il və 1963-cü il təvəllüdlü 3 qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

Araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, xəsarət alanlar nənə və nəvələridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR