Azərbaycan yığması FİVB-in reytinq cədvəlində 6 pillə geriləyib

Azərbaycan yığması FİVB-in reytinq cədvəlində 6 pillə geriləyib
# 29 sentyabr 2014 12:36 (UTC +04:00)

Bakı - APA. Beynəlxalq Voleybol Federasiyası (FİVB) kişi komandalar arasında yeni reytinq cədvəlini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, dünya çempionatının yekununa əsasən açıqlanan siyahı Azərbaycan yığması üçün uğurlu alınmayıb.

Mundialdan kənar qalan kubalı Sillie Tabares Leonardonun rəhbərlik etdiyi komandamız 6 pillə geriləyib. Belə ki, 1 ay öncə açıqlanan cədvəldə 96-112-ci pillələri bölüşən millimiz bu dəfə 102-121-ci yerlərə şərikdir. Yığmamızın aktivində 6 xal var.

Reytinq cədvəlinə dünya çempionatının finalında uduzan Braziliya (335) başçılıq edir. Mundialı 5-ci yerdə başa vuran Rusiya millisi də “sambaçılar” kimi mövqeyini qoruyub. İkinci sırada olan şimal qonşularımız 330 xala malikdirlər. İlk “üçlüyü” isə dünya çempionu Polşa qapayır. İtaliya və ABŞ-ı qabaqlayan komanda reytinq xalını 275-ə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR