Nuşirəvan Məhərrəmli: “Milli teleserialların çəkilməsi üçün ayrılan vəsait prodakşnlara da verilə bilər”

Nuşirəvan Məhərrəmli: “Milli teleserialların çəkilməsi üçün ayrılan vəsait prodakşnlara da verilə bilər”
# 05 aprel 2013 15:08 (UTC +04:00)

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı müzakirələr aparılacaq: “Serialların çəkilməsi üçün ayrılan ilk vəsait yalnız televiziya kanallarına verildi. Bu mərhələdə istəyirik ki, qarışıq bir formadan istifadə edək. Ölkədə çoxlu sayda kinoprodakşnlar mövcuddur. Onların hərəkətə gəlməsi də vacibdir. Dünya ölkələrində televiziya kanalları özləri serial çəkmirlər, bunu daha çox sifariş verirlər. Dövlət hər il serialların çəkilişinə dəstək göstərmək kimi bir öhdəlik götürməyib. Dünyada belə bir praktika yoxdur. Ona görə də kino sahəsində çalışan ayrı-ayrı özəl qurumların güclü qurumlara çevrilməsini istəyirik. Ona görə çalışacağıq ki, həmin qurumlar serial çəkilişləri ilə əlaqədar öz işlərini ortaya qoysunlar. Bu ideyanı bir daha müzakirə edəndən sonra qərar veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR