Qazaxıstanlı diplomat ATƏT-in qaçaqmalçılıq və insan alveri üzrə xüsusi nümayəndəsi təyin olunub

Qazaxıstanlı diplomat ATƏT-in qaçaqmalçılıq və insan alveri üzrə xüsusi nümayəndəsi təyin olunub
# 04 sentyabr 2014 13:13 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Qazaxıstanın ATƏT-dəki nümayəndəsi Mədinə Jarbussinova qurumun qaçaqmalçılıq və insan alveri üzrə xüsusi nümayəndəsi təyin olunub.

APA - nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ATƏT-in baş katibi Lamberto Zannyer M. Jarbussinovanın işinin öhdəsindən gələcəyinə inandığını deyib.

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter isə bildirib ki, qaçaqmalçılıq və insan alveri üzrə yeni nümayəndə ilə əməkdaşlıqdan məmnun olacaq.

Qeyd edək ki, M. Jarbussinova 1998-99-cu illərdə Qazaxıstanın xarici işlər nazirinin müavini, 1999-2003-cü illərdə Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi və BMT-nin Davamlı İnkişaf Komissiyasının üzvü olub. M. Jarbussinova həmçinin BMT-nin Qadınlar İnkişaf Fondunun (UNİFEM) idarə heyətinin üzvü olub.

2005-ci ildən bəri Qazaxıstanın ATƏT-dəki nümayəndəsi olan M. Jarbussinova ATƏT tarixində qaçaqmalçılıq və insan alveri üzrə xüsusi nümayəndə vəzifəsini tutan dördüncü adamdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR