Elmir Vəlizadə rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib

Elmir Vəlizadə rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib
# 25 iyul 2014 08:31 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Elmir Vəlizadə rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib. “APA-Ecoonmics”ə Nazirlikdən daxil olan məlumata görə, E. Vəlizadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Elmir Tofiq oğlu Vəlizadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR