Aida İmanquliyevanın kitabı Macarıstanda nəşr olunub - FOTO

Aida İmanquliyevanın kitabı Macarıstanda nəşr olunub - <span style="color: red;">FOTO
# 09 oktyabr 2014 15:50 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə görkəmli şərqşünas-alim, ictimai xadim və elm təşkilatçısı, şərqşünaslıq sahəsində ölkəmizdə ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabı macar dilinə tərcümə olunub və “Harmattan” nəşriyyatında nəfis şəkildə nəşr edilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, kitabı macar dilinə keçmiş diplomat Tamaş Varhagi çevirib. Əsərin redaktoru tanınmış macar alimi, professor Mihal Hoppaldır.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev kitaba "Mən onu tanıyırdım" adlı ön söz yazıb. Burada professor Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, müasir ərəb ədəbiyyatının tədqiqi və tərcüməsi istiqamətində gördüyü işlərdən söz açılır.

Əsər görkəmli alimin anadan olmasının 75 illiyi münasibətilə çap edilib. Səfirlik yaxın günlərdə nüfuzlu ərəbşünaslıq məktəbinin fəaliyyət göstərdiyi Budapeştin Eötvöş Lorand universitetində əsərin təqdimatını keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR