Azərbaycanda axtarışda olan 5 nəfər tutulub

Azərbaycanda axtarışda olan 5 nəfər tutulub
# 17 oktyabr 2014 10:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda axtarışda olan 5 nəfər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən bədən xəsarəti yetirmə) ilə axtarışda olanlar - Anar Davidov və Tehran Osmanov, 127-ci maddəsi (qanunsuz azadlıqdan məhrum etmə) ilə axtarışda olan Tehran Əhmədov, 228-ci maddəsi (narkotik) ilə axtarışda olanlar - Mehman Axundov və Məhəmməd Qəniyev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR