Ata və qızını maşınla vuraraq öldürən sürücü barəsində həbs qətimkan tədbiri seçilib

Ata və qızını maşınla vuraraq öldürən sürücü barəsində həbs qətimkan tədbiri seçilib
# 08 aprel 2013 14:54 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, aprelin 5-də saat 23 radələrində Bakı-Quba yolunun 40-cı kilometrliyində sürücü Ülvan Nuriyev idarə etdiyi «Mazda» markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar - 1954-cü il təvəllüdlü Cabir Qaflanovu və onun qızı 2009-cu il təvəllüdlü Ayan Qaflanovanı vurub hadisə yerindən qaçıb, nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ülvan Nuriyev tutularaq istintaqa cəlb olunub. Ü.Nuriyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR