Şəmkirdə intihar məqsədilə qülləyə çıxan şəxs xilas edilib

Şəmkirdə intihar məqsədilə qülləyə çıxan şəxs xilas edilib
# 10 iyul 2014 10:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Şəmkirdə intihar etmək istəyən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayonu Kür qəsəbəsi 1 nəfərin mobil rabitə qovşağının qülləsinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gəlmiş xilasedicilər həmin vətəndaşa kənar psixoloji təsirlərin qarşısını almaq məqsədilə əraziyə toplaşmış insanları uzaqlaşdırıb və mobil rabitə qovşağının qülləsinə çıxaraq intihar etmək istəyən şəxslə müvafiq söhbətlər aparıblar. Xilasedicilər tərəfindən intihara cəhd nümayiş etdirən vətəndaşla psixoloji kontakt yaradılıb və gərgin psixoloji vəziyyətdə olan həmin şəxsin intihar cəhdinin qarşısı alınıb. Xilas olunmuş şəxs aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR