İlin əvvəlindən avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 19,5 mln. manata yaxın sığorta ödənişi edilib

İlin əvvəlindən avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 19,5 mln. manata yaxın sığorta ödənişi edilib
# 03 oktyabr 2014 10:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin sentyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 816 sığorta tələbi üzrə 2 187 041 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

İSB-dan “APA-Economics”ə verilən məlumata görə, ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:

Nəqliyyat vasitəsinə dəyən zərər üzrə

Əmlaka dəyən zərər üzrə

Sağlamlığa dəyən zərər üzrə

Şəxsin ölümü üzrə

Cəmi

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

1 704

1973140

37

50601

56

68300

19

95000

1 816

2187041

2014-cü ilin yanvar-sentyabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən ümumilikdə 19,4 mln. manat sığorta ödənişi həyata keçirilib. Bu müddət ərzində İSB tərəfindən 56 kompensasiya tələbi üzrə 181 376 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Həmçinin 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2013-cü il iyul ayının 20-dən etibarən informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilən daşınmaz əmlakın icbari sığorta müqavilələri üzrə 217 sığorta tələbi qeydiyyata alınıb və 450 min manata yaxın sığorta ödənişi həyata keçirilib. Həyata keçirilən sığorta ödənişlərinin 47%-i yaşayış evləri və mənzillər, 53%-i isə digər daşınmaz əmlakla bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR