Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törədən sürücü hadisə yerindən qaçıb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törədən sürücü hadisə yerindən qaçıb
# 02 mart 2015 13:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 2-də saat 01 radələrində Yasamal rayonunun Tbilisi prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Ağdam rayon sakini Əvəz İsmayılov vurulub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR