Bakıda quyuda köməksiz vəziyyətdə qalan şəxs xilas olunub

Bakıda quyuda köməksiz vəziyyətdə qalan şəxs xilas olunub
# 02 aprel 2015 01:58 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dərinliyi 1,5 metr olan çuxura düşüb və köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı çuxurdan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:24-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR