Sabah Azərbaycanda ali məktəbə hazırlaşanlar üçün ilk sınaq imtahanı keçiriləcək

Sabah Azərbaycanda ali məktəbə hazırlaşanlar üçün ilk sınaq imtahanı keçiriləcək
# 06 aprel 2013 12:01 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, sınaq imtahanları abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda keçiriləcək. Aprelin 14-də isə təkrar sınaq imtahanı olacaq. Bu imtahanlara yazılış artıq başa çatıb.

Ümumilikdə 46 binada keçiriləcək imtahanda respublika üzrə 34464 abituriyentin iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR