Azərbaycanın seysmotomoqrafik xəritəsi tərtib ediləcək

Azərbaycanın seysmotomoqrafik xəritəsi tərtib ediləcək
# 20 fevral 2013 14:50 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın seysmotomoqrafik xəritəsi tərtib ediləcək.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, seysmotomoqrafik xəritə Yerin dərinlik quruluşu barədə daha dəqiq məlumatlar verəcək. Bunun üçün bütün ölkə ərazisində hər 5 kilometrdən bir stansiyalar qurulmalı və şəbəkə tərtib olunmalıdır. Seysmotomoqrafik xəritənin tərtibi üçün ilkin olaraq 40 stansiyanın quraşdırılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR