Rusiya və Ukrayna prezidentləri qazın qiymətini müzakirə edəcək

Rusiya və Ukrayna prezidentləri qazın qiymətini müzakirə edəcək
# 01 mart 2013 11:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukrayna prezidenti Viktor Yanukoviç martın 4-də Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. APA-nın məlumatına görə, bu barədə xəbər Kremlin rəsmi saytında yer alıb.

Qeyd edək ki, 18 dekabr 2012-ci il tarixinə planlaşdırılan görüş baş tutmayıb. Belə ki, son anda Ukrayna prezidenti Moskva səfərini təxirə salıb. O zaman bildirilib ki, görüş zamanı həmçinin Ukrayna Gömrük İttifaqına daxil olmasını da elan edəcək.

Rusiyanın Ukraynaya satdığı qazın qiyməti görüş zamanı əsas müzakirə mövzusu olacaq. Hesab edilir ki, hazırda Ukrayna Rusiya qazının hər min kubmetri üçün 432 dollar ödəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR