Azərbaycanlı alim Seulda keçirilən “Asiya arxeologiyası 2014” beynəlxalq elmi konfransda iştirak edib

Azərbaycanlı alim Seulda keçirilən “Asiya arxeologiyası 2014” beynəlxalq elmi konfransda iştirak edib
# 09 oktyabr 2014 09:10 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli Seul-Bakı (SEBA) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası təşkilati dəstəyi ilə Seulda keçirilən “Asiya arxeologiyası 2014” beynəlxalq elmi konfransda iştirak edib.

İnstitutdan APA-ya verilən məlumata görə, o, “Azərbaycanda kurqanlar” mövzusunda çıxış edib. Məruzədə Azərbaycanın müxtəlif bölgələrində qazılmış xalkolit (mis-daş) dövründən tunc dövrünün sonlarına qədərki tarixi mərhələlərə ( e. ə. 4-cü minilliyin əvvəllərindən 2-ci minilliyin sonlarına qədər) aid kurqanlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, bu kurqanların qədim Azərbaycan əhalisinin dəfn adətlərinin, maddi mədəniyyətinin, mədəni- iqtisadi əlaqələrinin tədqiqi üçün zəngin bir mənbə olduğu şərh edilib.

Konfransda həm də SEBA-nın təşkilatçılığı ilə qədim Qəbələ şəhərinin yerində Koreya mütəxəssislərinin apardıqları arxeoloji tədqiqatlar barədə məruzələr dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR