37 yaşlı Xaçmaz sakini itkin düşüb

37 yaşlı Xaçmaz sakini itkin düşüb
# 04 aprel 2015 15:17 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda 37 yaşlı kişi itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini Firuz Ağarzayev aprelin 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən onun əynində qar rəngli gödəkçə, qara rəngli şalvar və ayaqqabı olub.

F. Ağayev I qrup əlildir, onun psixoloji problemləri var.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən şəxsin axtarışlarını davam etdirir.

Bu şəxsi görəndən polisə və ya 050 883-51-52 nömrəsinə zəng vuraraq onun barəsində məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR