İran prezidenti Təbrizə səfər edib - FOTO

İran prezidenti Təbrizə səfər edib - <span style="color: red;">FOTO
# 28 aprel 2013 19:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Bu gün İran prezidenti Mahmud Əhmədinejad Şərqi Azərbaycan vilayətinə səfər edib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, M. Əhmədinejad İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində yerli camaat qarşısında çıxış edib: “İranın Şərqi Azərbaycan vilayəti ölkə tarixində təsirli rol oynayıb. Azərbaycan xalqı tarix boyu eşq, tövhid, ədalət və iman üzərində hərəkət edib və bu vilayətin əksər mücahidləri, siyasətçiləri, ziyalıları və alimləri tarix boyu parlayıblar”.

İran prezidenti həmçinin 2012-ci ilin avqustunda Şərqi Azərbaycan vilayətində baş vermiş təbii fəlakətə də toxunub: “Zəlzələdən zərər çəkmiş kənd və şəhərlərə səfər etdikdə vilayətin təbii fəlakətə məruz qalmış ərazilərində bərpa işlərinin yekunlaşması elan olunacaq”.

Eyni zamanda M. Əhmədinejad bu il iyunun 14-də İranda keçiriləcək prezident seçkilərindən də danışıb: “İran xalqının seçkilərdə kütləvi iştirakı düşmənlərin fitnələrini məğlubiyyətə uğradacaq. Seçkilərdə İran xalqının siyasi qəhrəmanlığını ifadə etməsi iqtisadı qəhrəmanlığa zəmin yaradacaq. 1979-cu il inqilabının qələbəsindən bəri bu ölkə xalqı elm, texnologiya və abadlaşdırma sahəsində müxtəlif nailiyyətlər əldə edib. İmperialist quruluşlar müxtəlif bəhanələrlə İran xalqına qarşı ən ağır şəkildə təzyiqlər göstərirlər. İran imperialist qüvvələrə bu ölkə xalqının haqlı hüququnu tanımasını tövsiyə edir. Çünki İran xalqı dialoq, məntiq və dostluqdan yana olan xalqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR