Mehriban Əliyeva Yasamal rayonunda yeni inşa edilən körpələr evi-uşaq bağçasının açılışında iştirak edib - FOTOSESSİYA

Mehriban Əliyeva Yasamal rayonunda yeni inşa edilən körpələr evi-uşaq bağçasının açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 03 oktyabr 2014 18:32 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev birinci xanım Mehriban Əliyevaya körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu məktəbəqədər təhsil müəssisəsində tikinti işlərinə cari il mayın sonlarında başlanılıb. Nəticədə bağçada uşaqlar üçün hər cür şərait yaradılıb.

Üçmərtəbəli körpələr evi-uşaq bağçası 100 yerlikdir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə 16 müşahidə kamerası qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının obrazları həkk edilib. Bir sözlə, körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR