Rusiya prezidenti İtaliya baş naziri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti İtaliya baş naziri ilə Ukraynadakı vəziyyəti müzakirə edib
# 05 mart 2015 16:49 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Münasibətlərimizin gələcək inkişafı Rusiyanın maraqlarına cavab verdiyi kimi Avropa İttifaqının da maraqlarına cavab verir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada İtaliya baş naziri Matteo Rentsi ilə görüşən Rusiya prezidenti Vladimir Putin deyib.

"Söhbətimiz Avropa və ümumilikdə dünyada mövcud vəziyyət baxımından çox xeyirli oldu. Biz ikitərəfli, habelə Rusiya-Avropa İttifaqı münasibətlərinin vəziyyətini müzakirə etdik. Bu münasibətlərin gələcək inkişafına tərəfdarıq", - deyə o bildirib.

Rusiya və İtaliya liderləri həmçinin Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR