Bakıda bir neçə obyektdən oğurluq edən dəstə zərərsizləşdirilib

Bakıda bir neçə obyektdən oğurluq edən dəstə zərərsizləşdirilib
# 16 aprel 2015 08:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda obyektlərdən oğurluq edən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Rəsulova məxsus mağazadan, Rafiq Ağayevə məxsus internet klubdan məişət əşyalarını oğurlayan Bakı şəhər sakini Samir İbrahimov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Əjdər Məmmədov və Tərlan Qasımovla birgə Elşad Məmmədova məxsus ofisdən 3 ədəd fotoaparat oğurlaması da müəyyən edilib. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində Ə. Məmmədov və T. Qasımov da tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR