Azərbaycanın xalq artisti Ələddin Abbasov dəfn edilib - VİDEO

Azərbaycanın xalq artisti Ələddin Abbasov dəfn edilib - <span style="color: red;">VİDEO
# 14 iyul 2014 12:14 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün saat 11.00-dan saat 14.00-a qədər Gəncə Dövlət Dram Teatrında mərhumla vida mərasimi keçirilib.

Mərasimdə xalq artistinin yaxınları ilə yanaşı, onun sənət dostları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Teatrın direktoru Əli Qasımov aktyorun həyat və yaradıcılığına nəzər salaraq bildirib ki, Ələddin Abbasov Azərbaycan kinosu və teatrına böyük töhfələr verən dəyərli sənətkarlardan olub. O deyib ki, Ə. Abbasov Gəncəyə bağlı insan olub və bir neçə dəfə işləmək üçün Bakıya dəvət olunsa da, bütün dəvətlərə yox deyib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında Gəncə Dövlət Dram Teatrının bu günə gəlib çıxmasında Ələddin Abbasovun böyük əməyinin olduğunu qeyd edib. O, tanınmış aktyorun yaratdığı obrazların daim sevildiyini və bundan sonra da seviləcəyini söyləyib.

Sonra aktyorun sənət yoldaşları onun haqqında öz xatirələrini bölüşüblər.

Vida mərasimindən sonra mərhum Gəncənin Fəxri Xiyabanında dəfn edilib.

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. Sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. “Mən ki gözəl deyildim” (İmran), “Özgə ömrü” (Ata), “Qatır Məmməd” (Məşədi Göyüş) və digər bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu “Dəli Kür” əsərində Cahandar ağa obrazıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR