İsveçrə Federal Məhkəməsi “Fənərbaxça” ilə bağlı qərarını açıqlayıb

İsveçrə Federal Məhkəməsi “Fənərbaxça” ilə bağlı qərarını açıqlayıb
# 25 iyul 2014 08:29 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, məhkəmə CAS-ın (İdman Arbitraj Məhkəməsi) qərarının ləğvi və icrasının dayandırılmasını tələb edən İstanbul təmsilçisinin müraciətini araşdıraraq, yekun qərarını açıqlayıb.

Məhkəmə “Fənərbaxça”nın iddiasını yersiz sayıb, tələbini rədd edib. Nəticədə UEFA-nın çıxardığı qərar qüvvədə qalıb.

Qeyd edək ki, oyun alqı-satqısında iştiraka görə UEFA tərəfindən avrokuboklardan kənarlaşdıran “sarı-lacivərdlilər” həmin qərardan CAS-a şikayət etmişdi. Sonuncular isə bu qərarı qüvvədə saxlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR