Tərtərdə ev yanıb

Tərtərdə ev yanıb
# 21 may 2015 00:30 (UTC +04:00)

Bakı-APA. Tərtərdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Tərtər rayonu, Sarıcalı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 23:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR