Samuxda İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər təqdim olunub

Samuxda İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər təqdim olunub
# 31 iyul 2014 14:53 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. "İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) göstərdiyi elektron xidmətlər" mövzusunda növbəti tədbir Samux rayonunda keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, Samux və ətraf rayonların icra hakimiyyətlərinin nümayəndələri və Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 120-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə İSN-nin nümayəndələri tərəfindən nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilib. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov "Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqinin genişləndirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təsərrüfat subyektlərinə tətbiq edilən cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılib.

Nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müraciətlərin on-line rejimdə qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, elektron ticarət portalı - www.b2b.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir.

Tədbirdə nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi, İcazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

İSN-nin göstərdiyi elektron xidmətlərdən on-line rejimdə istifadə proseduru nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR