Ukraynanın şərqində Rusiya əsgəri əsir götürülüb - FOTO

Ukraynanın şərqində Rusiya əsgəri əsir götürülüb - <span style="color: red;">FOTO
# 18 iyul 2014 12:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, əsgərin valideynləri “Omskregion” adlı yeri sayta bildiriblər ki, Ukraynadan onlara zəng edərək hazırda Rusiyada həbsdə saxlanılan ukraynalı qadın pilot Nadejda Savçenko sərbəst buraxılmasa, A. Balobanovu öldürəcəklərini deyiblər. Valideynlər Rostovda hərbi xidmət keçən A. Balobanovun Ukrayna sərhədində oğurlandığını istisna etməyiblər.

Qeyd edək ki, nüfuzlu ukraynalı hərbi ekspert Dmitri Tımçuk iki gün əvvəl öz “Facebook” səhifəsində Ukrayna ordusunun 51-ci əlahiddə mexanikləşdirilmiş briqadası tərəfindən Luqansk vilayəti ərazisində Rusiya Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olan əsgərin əsir götürüldüyünü açıqlayıb. Ukrayna hakimiyyət orqanları bu haqda rəsmi açıqlama verməsələr də, Müdafiə Nazirliyindəki mənbə faktı təsdiqləyib. Mənbə deyib ki, Rusiya Federasiyasının Omsk vilayətinin Krutinsk rayonunun Panovo kəndində dünyaya gəlmiş, 1994-cü il təvəllüdlü, hazırda Rusiya Quru Qoşunlarının Mərkəzi Hərbi Dairəsinin 65349 saylı hərbi hissəsinin 7-ci motoatıcı rotasının radiotelefonçusu olan Balobanov Andrey Sergeyeviç hazırda Ukrayna tərəfinin əlindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR