Ermənistan MN hərbçilərin xaricdə müalicəsi üçün imkan olmadığını açıqlayıb

Ermənistan MN hərbçilərin xaricdə müalicəsi üçün imkan olmadığını açıqlayıb
# 10 aprel 2015 11:31 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. “Biz yaralanmış, müxtəlif xəstəliklərə görə ordudan tərxis olunmuş əsgərləri ikinci mərhələdə və yaxud xaricdə müalicə etməyə borclu deyilik”.

APA-nın "epress.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan deyib.

Döyüş şəraitində yaralanan və əlil olan hərbi qulluqçu Gevorq Yeqiazaryanın müalicəsi ilə bağlı jurnalistlərin suallarını cavablandıran mətbuat katibi bildirib ki, xarici klinikalarda müalicə çox bahadır: “Belə klinikalarda qiymətlər 30-40 min dollardan başlayır, 100-120 minə çatır. Biz hamıya kömək edə bilmərik, birincisi qanun buna imkan vermir, ikincisi isə kifayət qədər vəsait yoxdur”.

Helsinki Vətəndaş Assambleyasının Sülh proqramları üzrə koordinatoru Armin Sadiqyan isə mətbuat katibinin fikirlərini şərh edərək bildirib ki, vəsaitin olmaması Müdafiə Nazirliyini əsgər həyatı ilə bağlı məsuliyyətdən azad etmir.

“Dünya dialoqu” ictimai təşkilatının təmsilçilərindən olan Artaşes Serqoyan isə deyib ki, tibbi komissiya çağırış zamanı dəqiq rəylər vermir, bu səbəbdən ordudan xəstəliyə görə tərxis olunma halları artır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR