Ermənistan Konstitusiya Məhkəməsi Avrasiya İqtisadi Birliyinə qoşulması məsələsini müzakirə edəcək

Ermənistan Konstitusiya Məhkəməsi Avrasiya İqtisadi Birliyinə qoşulması məsələsini müzakirə edəcək
# 04 noyabr 2014 18:31 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, Konstitusiya Məhkəməsinin iclası səhər saat 10.00-da başlayacaq. Konstitusiya Məhkəməsi Ermənistanın AİB-ə qoşulması haqqında müqaviləni dəstəkləyəcəyi halda, sənəd ratifikasiya olunması üçün parlamentə təqdim olunacaq.

Qeyd edək ki, Rusiya, Belarus və Qazaxıstan bu ilin may ayında 2015-ci ilin yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalayıb və ratifikasiya ediblər. AİB-ə Ermənistanında daxil olması barədə müqavilə isə oktyabrın 10-da Minskdə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR