“Rəvan” klubunun sabiq baş məşqçisi avtomobil qəzasına düşüb

“Rəvan” klubunun sabiq baş məşqçisi avtomobil qəzasına düşüb
# 28 fevral 2013 12:43 (UTC +04:00)

Bakı – APA. “Rəvan”ın sabiq baş məşqçisi Kemal Alispahiç avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, 2 ay əvvəl postundan qovulan bosniya və herseqovinalı mütəxəssis xoşagəlməz hadisə ilə vətənində - Bradina şəhəri yaxınlığında üzləşib.


Xorvatiyanın Split şəhərindən qayıdan məşqçinin idarə etdiyi “Volkswagen Touareg” qarşıdan gələn avtomobillə toqquşub. Avtomobilinə ziyan dəyən Alispahiçin özü heç bir xəsarət almayıb.

Maraqlıdır ki, çalışdırıcının Split səfəri də mənasız imiş. Belə ki, 58 yaşlı mütəxəssis “Hayduk” və “Dinamo”nun matçını izləmək üçün Xorvatiyaya gedibmiş. Həmin qarşılaşma isə təxirə salınıb.

Qeyd edək ki, Alispahiç “Rəvan”dan əvvəl “Muğan”ı da çalışdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR