Almaniya Azərbaycan Dövlət Sərhəd Xidmətinə saxtalaşdırılmış sənədlərin müəyyən edilməsində istifadə olunan 50 cihaz verib

Almaniya Azərbaycan Dövlət Sərhəd Xidmətinə saxtalaşdırılmış sənədlərin müəyyən edilməsində istifadə olunan 50 cihaz verib
# 05 aprel 2012 08:02 (UTC +04:00)
Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Cihazlar təhvil verilməmişdən əvvəl DSX-nın əməkdaşları üçün bir həftə ərzində təlim keçirilib. Almaniyanın bu dəstəyi transsərhəd cinayətlərin, xüsusilə qeyri-qanuni miqrasiyanın azaldılmasına töhfə vermək məqsədi daşıyır.

Qeyd edək ki, Almaniyanın Federal Polis İdarəsi və DSX arasında 2004-cü ildən etibarən intensiv işgüzar əlaqələr mövcuddur. Bu günə kimi illik əməkdaşlıq proqramları çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırma üzrə ikitərəfli təlim və təchizat yardımı ilə bağlı çoxsaylı layihələr həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR