Erməni silahlı bölmələri dünən və bu gecə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir necə istiqamətdə atəşə tutub

Erməni silahlı bölmələri dünən və bu gecə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir necə istiqamətdə atəşə tutub
# 19 iyun 2012 06:54 (UTC +04:00)
Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Fizuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR