Bakı sakinindən 13 kiloqram narkotik götürülüb

Bakı sakinindən 13 kiloqram narkotik götürülüb
# 10 oktyabr 2012 07:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar İsayevdən 13 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR