ICD Azərbaycana beynəlxalq layihələrə payçı qismində qoşulmağı təklif edir

ICD Azərbaycana beynəlxalq layihələrə payçı qismində qoşulmağı təklif edir
# 12 oktyabr 2012 12:07 (UTC +04:00)
Bu, Alternativ enerji mənbələri və Qida və kənd təsərrüfatı biznesi fondlarıdır. Bu barədə «APA-Economics»ə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Əməkdaşlıq Departamentinin Şərqi Avropa və MDB bölməsinin rəhbəri Murad Yadniyev bildirib.

Onun sözlərinə görə, bu fondlar indiyədək ənənəvi olan sahələri deyil, burada göstərilən sahələrin maliyyələşməsi ilə məşğul olacaq: «Məncə, bu, Azərbaycan üçün maraqlı olacaq». Bu fondlar MDB ölkələri, Türkiyə və digər İslam ölkələrindəki layihələri maliyyələşdirəcək.

Alternativ enerji fondunun kapitalı 50 mln. dollar, Qida və kənd təsərrüfatı biznesi fondunun kapitalı isə 600 mln. dollar təşkil edır: «Azərbaycanın marağı olarsa, o da bu fondlara qatıla bilər. Məncə, belə maraq olacaq. Çünki Azərbaycanda bu işlə məşğul olan dövlət şirkəti var. Əgər bu şirkət fondun kapitalına daxil olarsa, çox maraqlı əməkdaşlıq etmək olardı. Mən bilirəm ki, qarşıdakı 10 ildə Azərbaycan bu sahəyə 6 mlrd. dollar yatırmaq niyyətindədir və bizim üçün bu maraqlıdır».

ICD nümayəndəsi bildirib ki, təşkilat Azərbaycanın Qida və kənd təsərrüfatı fonduna daxil olmasını da istəyir. Onun fikrincə, Fondun Azərbaycandakı tərəfdaşlarından biri Dövlət Neft Fondu ola bilər: «Doğrudur, ARDNF bu sahə ilə birbaşa əlaqəli deyil, amma onlar bura pul yatıra bilərlər».

Adı çəkilən fondlar bu sahələrə aid layihələrə vəsait ayıra, burada payçı kimi çıxış edə və bura digər təşkilatlardan da vəsaitlər cəlb edə bilər. Qeyd edək ki, Alternativ enerji fondunda Qazaxıstan 16%, İslam İnkişaf Bankı isə 15-20% pay alacaq. Artıq bu fondun 45 mln. dollarının mənbəyi müəyyənləşib. Aqrar fondda isə hələlik bu prosesə başlanılmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR