Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın 180 illik yubileyi qeyd olunub

Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın 180 illik yubileyi qeyd olunub
# 14 sentyabr 2012 14:47 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Bakıda Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın 180 illik yubileyi keçirilib. APA-nın məlumata görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Natəvanın həyat və yaradıcılığından danışıb. Yubileyin keçirilməsini vacib addım kimi qiymətləndirən nazir Xurşidbanu Natəvanın daim xatırlanacağını deyib.
Tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, incəsənət ustaları iştirak edib, şairənin həyat və fəaliyyətindən söz açılıb, ona həsr olunmuş səhnə və ekran əsərlərindən parçalar nümayiş edilib. Yubiley tədbirində eyni zamanda şairənin sözlərinə bəstələnmiş musiqi əsərləri səslənib. Daha sonra muğamlar səsləndirilib, bədii qiraət ustalarının ifasında şairənin şeirləri oxunub.

Beynəlxalq Muğam Mərkəzinin foyesində isə Xurşidbanu Natəvanın əsərlərinin, onun haqında yazılan “Natəvan və Məclisi-Üns”, “Natəvan incəsənətdə” və “Natəvan bədii ədəbiyyatda” kitablarının sərgisi keçirilib.

Qeyd edək ki, Xurşidbanu Natəvanın yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2012-ci il tarixli Sərəncamına əsasən keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR