Bakıda əmanətlərin sığortalanması ilə bağlı beynəlxalq tədbir keçiriləcək

Bakıda əmanətlərin sığortalanması ilə bağlı beynəlxalq tədbir keçiriləcək
# 14 iyun 2012 12:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin avqust ayının 27-28-də Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) təşkilatçılığı ilə Bakıda Əmanətlər üzrə Sığortaçıların Beynəlxalq Assosiasiyasının (IADI) Avrasiya Regional Komitəsinin V illik konfrans və seminarı keçiriləcək.

ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, konfransda əmanətlərin sığortalanması sahəsində beynəlxalq təcrübə və bu sahədə digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, konfransda iştirak etmək istəyənlər iyul ayının 15-dək iştirakını təsdiq etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR