Bərdəda iki nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bərdəda iki nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 20 avqust 2012 10:39 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Məmmədov Səfiyar Əlfəsiyab oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə, əks istiqamətə hərəkət edən, Abbasov Şəmil Tağı oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 10 GM 582 dövlət nömrə nişanlı minik maşını toqquşub.

Nəticədə “VAZ 2106”-nın sürücüsü S. Novruzov və həmin avtomobildə olan sərnişin Həsənov Aqil Yusif oğlu hadisə yerində ölüblər.

“VAZ 2107”-nin sürücüsü Ş. Almasov və sərnişini Tağıyev Aqil Vaqif oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR