Bu gün London Yay Olimpiya Oyunlarına start verilir

Bu gün London Yay Olimpiya Oyunlarına start verilir
# 25 iyul 2012 14:11 (UTC +04:00)
Bakı-APA. Rəsmi açılış mərasimi iyulun 27-də olacaq XXX Yay Olimpiya Oyunlarının startı bu gün veriləcək. Apasport.az saytının məlumatına görə, olimpiyaçıların mübarizəsi qadın futbolçuların oyunları ilə başlayacaq.

Belə ki, Olimpiya proqramında olan futbol turnirinin oyunları açılış mərasimindən 2 gün öncə start götürəcək. İyulun 25-də qadın, sabah isə kişilər futbolçular meydana çıxacaqlar.

Turnirin bugünkü təqvimində 6 matç yer alıb. Olimpiya Oyunları meydan sahibləri – Böyük Britaniya futbolçularının oyunu ilə başlayacaq. Onlar ilk turda Yeni Zelandiya millisini sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

E qrupu
20:00. Böyük Britaniya - Yeni Zelandiya
22:45. Kamerun – Braziliya

F qrupu
21:00. Yaponiya – Kanada
23:45. İsveç – Cənubi Afrika Respublikası

G qrupu
21:00. ABŞ – Fransa
23:45. Kolumbiya – Şimali Koreya
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR