Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta bazarı 18% artıb

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta bazarı 18% artıb
# 17 avqust 2012 13:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə 17,270 mln. manat həcmində sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,8% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə sığorta şirkətləri tərəfindən bu növ üzrə verilən ödənişlərin həcmi 7 dəfə artaraq 795,606 min manata çatıb.

Aparılan təhlilə görə, bu sığorta növü üzrə bazarda ən çox sığorta haqqı «Paşa Həyat» və «Atəşgah Həyat» sığorta şirkətlərinin payına düşüb. Ümumiyyətlə, bu sığorta növünün bazarda payı 9% təşkil edib.

Xatırladaq ki, Azərbaycanda həyat sığortası üzrə üç şirkət - «Paşa Həyat», «Atəşgah Həyat» və «Qala Həyat» fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR