Bakıda yaşayış evində yanğın olub, ölən və xəsarət alan var

Bakıda yaşayış evində yanğın olub, ölən və xəsarət alan var
# 25 may 2012 13:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün paytaxtın Nizami rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan üçotaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin qayınanası - 1919-cu il təvəllüdlü Qreysova Enezoveta Serqeyevnanın yanmış cəsədi aşkar edilib. Hadisə zamanı tüstüdən zəhərlənən 1 nəfərə (qonşu) Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR