Azərbaycan Mikromaliyyə Assosiasiyası kredit menecerləri üçün kurslar keçirəcək

Azərbaycan Mikromaliyyə Assosiasiyası kredit menecerləri üçün kurslar keçirəcək
# 08 iyun 2012 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin iyul ayının 15-dən başlayaraq Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə kredit işçiləri və kredit menecerləri üçün xüsusi təlimlərə başlanacaq. Bunu «APA-Economics»ə AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

Onun sözlərinə görə, iyul ayının sonunadək davam edəcək kurslarda 16 mütəxəssisin iştirakı nəzərdə tutulub. Kurslarda kredit menecerləri və kredit işçiləri üçün ayrı-ayrı seminarların keçirilməsi nəzərdə tutulub. Hər iki kursda kredit üzrə risklərin qiymətləndirilməsi, pul dövriyyəsinin təhlili, mənfəət-zərər haqqında hesabat, maliyyə hesabatlarının praktiki tapşırığı, mütəxəssislərin motivasiyası və mikro-kreditləşmə mövzuları əhatə olunacaq.

J.Hacıyeva bildirib ki, bu kurslar yalnız AMA-nın üzv təşkilatlarının nümayəndələri üçün nəzərdə tutulub və təlimlərdə iştirak haqqı bir nəfər üçün 200 manat müəyyən edilib.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR