Məhəmməd İsmayıl Kövsəri: “Türkiyənin Suriyaya qarşı yalnış siyasətinə görə İranla “altılıq” ölkələri arasında görüşün yerini dəyişməli olduq”

Məhəmməd İsmayıl Kövsəri: “Türkiyənin Suriyaya qarşı yalnış siyasətinə görə İranla “altılıq” ölkələri arasında görüşün yerini dəyişməli olduq”
# 06 aprel 2012 13:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İranla “altılıq” ölkələri arasında müzakirələr Hindistan, İraq, Suriya və ya Livanda keçirilə bilər”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini Məhəmməd İsmayıl Kövsəri deyib. O bildirib ki, İran “altılıq” ölkələrə müzakirələrin keçirilməsi üçün bir neçə yer təklif edib: “Hazırda “altılıq” ölkələrindən təkliflərimizə cavab gözləyirik. Daha əvvəl Tehran müzakirələrin keçirilməsi üçün İstanbulu seçmişdi. Lakin Türkiyənin Suriyaya qarşı yanlış siyasətinə görə məkanı dəyişməli olduq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR