Sabah Azərbaycan paytaxtının bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir

Sabah Azərbaycan paytaxtının bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir
# 03 noyabr 2012 09:14 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Bazar günü Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 20-24, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR