Hərbçilərə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası və məbləği müəyyənləşdirilib

Hərbçilərə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası və məbləği müəyyənləşdirilib
# 01 oktyabr 2012 14:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğinin müəyyən edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara şamil olunmur. Qərara əsasən hərbi qulluqçu təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.

İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Müdafiə, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Dövlət Sərhəd Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Hərbi Prokurorluğun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR