Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 31% artıb

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 31% artıb
# 26 iyul 2012 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA_Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 2012-ci ilin I yarımilliyin sonuna 2,646 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 15,6% çoxdur. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,053 mlrd. manata bərabər olub ki, bu da ötən ilin iyulun 1-nə nisbətən 31% çoxdur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR