Hüquq müdafiəçiləri Sumqayıt və Binəqədi rayon polis idarələrinin təcridxanasında monitorinq keçiriblər

Hüquq müdafiəçiləri Sumqayıt və Binəqədi rayon polis idarələrinin  təcridxanasında monitorinq keçiriblər
# 15 fevral 2012 12:51 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov, hüquq müdafiəçiləri Süleyman Süleymanov və Elçin Şirinov Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçiriblər. Elçin Behbudovun APA-ya verdiyi xəbərə görə, təcridxanada 17 nəfər təqsirləndirilən şəxs saxlanılır: “Biz orada istilik sisteminin necə işləməsi ilə maraqlandıq. Hər şey qaydasında idi. Sumqayıt şəhər Polis İdarəsi üçün yeni, müasir standartlara cavab verən bina mart ayında istifadəyə veriləcək. Orada daha yaxşı şərait yaradılacaq”.

Komitə sədri, həmçinin Binəqədi rayon Polis İdarəsinin də müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirdiklərini deyib: “Orada saxlanılan 5 nəfərdən ikisi mənə müraciət edərək, bəzi problemlərlə qarşılaşdıqlarını bildirdilər. Mən də bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR