Respublika Seysmoloji Xidmət Mərkəzi yeni GPS stansiyalarının quraşdırılmasına başlayıb

Respublika Seysmoloji Xidmət Mərkəzi yeni GPS stansiyalarının quraşdırılmasına başlayıb
# 16 mart 2012 10:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan ərazisində aparılan seysmoloji tədqiqatların səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən seysmik stansiyaların yaxınlıqında yeni GPS stansiyaları quraşdırılmağa başlayıb. RSXM-dan APA-ya verilən məlumata görə, yeni stansiyalar kompleks tədqiqatların aparılmasına imkan verəcək.
Yeni GPS stansiyalarının quraşdırılması prosesində Gürcüstanın Seysmoloji Xidmət Mərkəzi də iştirak edəcək. Hazırda Gürcüstan Seysmik Xidmət Mərkəzinin əməkdaşı Georgi Sokhadze bu məqsədlə Bakıda səfərdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR